Khan Cargo

Çindən və ya Türkiyədən mal alırsınız — çatdırılma bizim işimizdir

Khan Cargo 2020-ci ildən Çindən və Türkiyədən Azərbaycana topdan yükdaşıma xidməti göstərir. 4 il ərzində 500-dən çox kommersiya yükü çatdırdıq.

Magistral yolda yük maşınları
Problem

Çindən topdan idxal edən müştərilərin çoxu eyni problemlə üzləşir: mal yola çıxandan sonra mallarının harada olduğunu bilmirlər. Gömrükdə gözlənilməz xərclər yaranır. Yük zədəli gəlir, amma məsuliyyət heç kimdə olmur.

Bu problemi həll etmək üçün işləyirik — sifarişdən çatdırılmaya qədər hər mərhələni öz üzərimizə götürürük.

500+

çatdırılma 4 il ərzində

50+

şəhər aktiv çatdırılma

4 il

fəaliyyət Azərbaycanda

100%

sığorta hər yük üçün

Üstünlüklər

Niyə Khan Cargo?

Çin və Türkiyədə öz Anbarlarımız

Malınız istehsalçıdan çıxandan bizim anbara daxil olur. Qəbul edirik, yoxlayırıq, qablaşdırırıq. Siz Bakıda hazır yükü götürürsünüz. Aralıqdakı problemlər sizin masanıza gəlmir.

Tam Yük Sığortası

Bütün daşınan yüklər sığortalanır. Tranzit zamanı yaranan hər hansısa zərər sığorta hesabına ödənilir. Malınız zədələnsə, zərər çəkmirsiniz.

Gömrük Rəsmiləşdirilməsi — Sonuna Qədər

Bəyannamə, idxal sənədləri, gömrük ödənişləri: bunların hamısını biz həll edirik. Azərbaycan qanunvericiliyinə uyğun, tam rəsmi. Prosesdə gözlənilməz xərc olmur.

50+ Şəhərə Çatdırılma

Yalnız Bakıya çatdırmırıq. Azərbaycanın 50-dən çox şəhərinə yükdaşıma xidmətləri göstəririk.

Çindən və ya Türkiyədən yük daşımaq istəyirsiniz?

Əlaqə saxlayın — marşrut, müddət və xərci birlikdə hesablayaq.